Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycanda artıq çəki və piylənmə problemi son illərdə daha çox diqqət çəkən mövzulardan birinə çevrilib. Qidalanma vərdişləri, həyat tərzi və sosial mühit bu məsələdə mühüm rol oynayır. Mövzunun daha yaxşı anlaşılması üçün fərdi həyat hekayələri də xüsusi əhəmiyyət daşıyır.
Sherg.az AstarTV-nin Azərbaycanın ən ağır çəkili (250 kilo) şəxsi olan Nemət Zamanov adlı vətəndaşla müsahibəsini təqdim edir. O, müsahibədə öz həyat tərzi, keçmişi və bu vəziyyətə necə gəlib çatması barədə danışıb.
-Necəsiniz, işləriniz necədir?
-Sağ olun, hər şey qaydasındadır.
-Necə oldu bu qədər çəki aldınız?
-Yeməyi, hətta çörəyi çox yeyirdim. Elə olurdu bir dəfəyə 1 zavod çörəyi yeyirdim. Gün ərzində isə 4 tam zavod çörəyi ilə qidalanırdım.
-O qədər çox...?
-Bəli, o qədər çox. 2008-ci ildə186 kilo idim. Bir də baxdım ki, 200-ə çatmışam...Oturaq həyatın da bunda rolu var.
-Siz Yevlax rayonundansınız. Uşaqlığınız orada keçib. Bizə uşaqlığınızdan danışardınız. Uşaqlıqda da bu qədər çox yeyirdiz?
-Xeyr, uşaqlıqda boksla məşğul olurdum. Yeyən uşaq olmamışam. Boksda ağırçəkilikərlə döyüşürdüm. Ona görə də arıqlamağa ehtiyac olmurdu.
-Boksda nailiyyətləriniz var?
-Bəli, var. Hərbi xidmətə gedənə kimi peşəkar şəkildə məşğul olurdum.
-Çörəkdən başqa hansı qidalara üstünlük verirdiniz?
- Xəmir xörəklərinə. Rayon yerində olduğumuz üçün qaymaq, qatıq, süd, kərə yağı hər zaman evimizdə olurdu. Anam təndirə çörək yapırdı. O çörəkləri bişirib qurtarana kimi iki bütöv çörəyi qaymaqla, pendirlə yeyirdim.
Bir xeyir işə gedəndə çıxırdım tərəziyə məsələn, 248 kilo 500 qramla gedirdim toya. Yeyirdim, içirdim, gəlirdim evə, səhər tezdən bir də tərəziyə çıxırdım ki, 250 kilo 500 qram olmuşam.
-Loru dilində desək yeyib içən adamsız.
-Yeyib içən admlardan kim çağırsa yox demirdim.
-Dostlar çağıran kimi süfrə başında olurdunuz.
-Bəli-bəli. Onların sözünü geri qaytarmaq yox idi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.