AZ

Suraxanıda 36 yaşlı Pərvanənin qətlə yetirilməsinin TƏFƏRRÜATI

Martın 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsində 36 yaşlı qadın qətlə yetirilib.

Far.Az Baku TV-yə istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Pərvanə Abbasova həyat yoldaşı Vasif Abbasov tərəfindən öldürülməsi barədə şübhələr müəyyən edilib . P.Abbasova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, iki uşaq anası olan Pərvanə Abbasova yaxınlıqdakı 118 nömrəli məktəbdə texnologiya müəllimi kimi fəaliyyət göstərib.

Pərvanə Abbasovanın həmkarlarının sözlərinə görə, o, illərdir həyat yoldaşı tərəfindən zorakılığa məruz qalıb, hətta dəfələrlə uşaqları ilə təhdid olunub. Əri tərəfindən evə məhkum edilən 36 yaşlı qadın ayrılmaq qərarını yoldaşına bildirdikdə isə V.Abbasov onu qətlə yetirib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Vasif Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

***09:57

Suraxanı rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Far.Az-ə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində 1990-cı il təvəllüdlü müəllim kimi çalışan Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub:

"İlkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir".

***09:23

Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadının qətlində həyat yoldaşı, 43 yaşlı Abbasov Vasif Zahid oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı hazırda araşdırma aparılır.

Qeyd edək ki, iki uşaq anası Pərvanə Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində müəllim işləyib.

Seçilən
108
1
far.az

2Mənbələr