AZ

Cənubi Koreyada baş verən dəhşətli yanğında ölənlərin sayı ARTIB

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Cənubi Koreyanın Tecon şəhərində avtomobil hissələri zavodunda baş verən yanğın nəticəsində azı 14 nəfər həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bundan əvvəl 10 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, hadisə nəticəsində iki yanğınsöndürən də daxil olmaqla 58 nəfər xəsarət alıb. İlkin məlumatlara əsasən, yanğın baş verən zaman zavodun ərazisində 170 nəfər olub.

Hadisə yerinə 500-dən çox xilasedici, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğınsöndürənlər binanın çökmə təhlükəsi səbəbindən içəri daxil ola bilməyiblər. Yanğının söndürülməsi binada olan təxminən 200 kiloqram natrium səbəbindən də çətinləşib. Bildirilir ki, bu maddə ilə ehtiyatsız davranış partlayışa səbəb ola bilər.

10:00

Cənubi Koreyada avtomobil hissələri fabrikində baş verən yanğın nəticəsində azı 10 nəfər ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı daha 59 nəfər yaralanıb, dörd nəfər isə hələ də itkin düşmüş sayılır.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın zamanı zavodda 170 işçi olub. Ölənlərin meyitləri binanın ikinci və üçüncü mərtəbələrində tapılıb.

Məlumata görə, xilasetmə işçiləri mütəxəssislər girişin təhlükəsiz olduğunu təsdiqləyəndən sonra konstruksiyaların sökülməsinə başlayıblar. Yanğınsöndürənlər uçma təhlükəsi və binanın içərisində 200 kiloqram natriumun olması səbəbindən binaya girə bilməyiblər.

Cənubi Koreyanın Baş Naziri Kim Min Sok yerli təcili yardım xidmətlərinə yanğınla mübarizə aparmaq üçün bütün mövcud resursları və personalı səfərbər etməyi tapşırıb. Alovları söndürmək üçün 240 nəfər və təxminən 70 texnika səfərbər edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
oxu.az

2Mənbələr