AZ

Tottenhem 5 penalti qaytaran qapıçıya göz dikdi

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

“Tottenhem” mövsümün sonunda qapıçı mövqeyində dəyişiklik etməyi planlaşdırır.

QOL.az xəbər verir ki, “Daily Mail” nəşrinin məlumatına görə, London klubu komandadan ayrılması gözlənilən Qulyelmo Vikarionu əvəzləmək üçün bir neçə namizədi nəzərdən keçirir.

Siyahıda “Frayburq”dan Noa Atubolu, “Kristal Pelas”dan Din Henderson və “Mançester Siti”dən Ceyms Traffordun adları yer alır. Traffordun transferinin təxminən 35 milyon funt sterlinqə başa gələ biləcəyi bildirilir.

Atubolu isə daha sərfəli variant sayılır. Almaniya U-21 millisinin üzvü olan qapıçı oyun üslubuna görə Manuel Noyerlə müqayisə edilir və Bundesliqada ardıcıl 5 penalti qaytarmaqla diqqət çəkib.

Qeyd edək ki, hazırda Premyer Liqada 16-cı pillədə qərarlaşan “Tottenhem”də Antonin Kinski ilə də yolların ayrılması gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
3
qol.az

4Mənbələr