Bu gün Misli Premyer Liqasında 25-ci tur başa çatıb.
Fanat.Az xəbər verir ki, “Turan Tovuz” Sumqayıtda “Qəbələ” ilə qarşılaşıb. Matçı Kamal Umudlu idarə edib. Görüş Tovuz komandasının qələbəsi ilə yekunlaşıb.
Matçdan sonra keçirilən mətbuat konfransındı Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev jurnalistlərin suallarını cavablandırıb.
"Çətin oyun və çətin qələbə oldu. Oyuna yaxşı başlamışdıq. Birinci hissənin ikinci yarısından etibarən təşəbbüsü rəqibə verdik. İkinci hissəni bütövlükdə yaxşı oynadıq. Hesabı bir qədər də artıra bilərdik. Çox vacib və çətin qələbə oldu"