AZ

"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord

style='margin-bottom:10px;'>

"Liverpul" növbəti dəfə azarkeşlərini məyus edib. Premyer Liqanın səfər matçında "Brayton"a 1:2 hesabı ilə uduzan Arne Slotun komandası cari mövsümdə antirekorda imza atıb.

QOL.az xəbər verir ki, bu məğlubiyyətlə "mersisaydlılar"ın cari çempionatda uduzduqları oyunların sayı 10-a çatıb. Geridə qalan 31 turda Slotun kollektivi 14 qələbə qazanıb, 7 dəfə heç-heçə edib və 10 dəfə meydanı məğlub tərk edib.

Qeyd edək ki, "Liverpul" sonuncu dəfə bir mövsüm ərzində 10 məğlubiyyət həddinə düz 10 il əvvəl, 2015/2016 mövsümündə çatıb. Xatırladaq ki, həmin mövsümün gedişində, 2015-ci ilin oktyabrında Yurgen Klopp komandanı çalışdırmağa başlamışdı.

Seçilən
36
teleqraf.com

1Mənbələr