Almaniyanın "Borussiya" komandası yarımmüdafiəçisi Emre Canla müqavilənin müddətini uzadıb.
Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı Türkiyə əsilli futbolçu ilə yeni sözləşmə 2027-ci ilin yayına qədər qüvvədədir.
Emre Can 2020-ci ilin yanvar ayından bəri "Borussiya"da çıxış edir. Yarımmüdafiəçi 2025/2026 mövsümündə 16 oyun keçirib və 3 qol vurub.
Qeyd edək ki, o, Bundesliqanın XXIV turunda "Bavariya" ilə matçda (2:3) sol dizindən ciddi zədə alıb. /"Report"
Milli.Az