AZ

I və II Dünya Müharibələri də belə başlamışdı Vuçiç

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Serbiya Prezidenti Aleksandr Vuçiç etiraf edib ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb və onun qarşısını almaq çətindir.

"Unikal" xəbər verir ki, o, bunu "Berliner Zeitung" qəzetinə verdiyi müsahibədə bildirib. 

Vuçiç vurğulayıb ki, "Neft, qaz, minerallar, nadir metallar və digər xammal uğrunda mübarizə çoxdan başlayıb. Birinci və İkinci Dünya Müharibələrinə nəzər salsaq, görərik ki, hər ikisi əvvəlcə regional münaqişələr kimi başlayıb. Yalnız sonralar böyük hərbi və siyasi ittifaqlar qurulub və nəticədə birbaşa toqquşub".

Onun sözlərinə görə, bu gün də oxşar bir şey müşahidə olunur - müxtəlif geosiyasi bloklar getdikcə daha çox ortaya çıxır. Serbiya prezidenti eskalasiyanın qarşısının alınacağına ümid etdiyini bildirib. 

Vuçiç hesab edir ki, "böyük dövlətlərin maraqları çox müxtəlifdir", ölkələr "sadəcə təslim ola bilməzlər" və məhz bu da eskalasiyaya gətirib çıxarır.

Gülayə Mecid 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
83
unikal.az

1Mənbələr