AZ

Ramosdan həyat yoldaşına özünəməxsus təbrik - yaşı ilə bağlı zarafat etdi

İspaniyalı müdafiəçi Serxio Ramos həyat yoldaşı Pilar Rubio Ramosun ad günü münasibətilə maraqlı paylaşım edib.

Bu barədə İdmnan.Biz məlumat verib.

48 yaşı tamam olan Piları təbrik edən Ramos həm romantik sözlər yazıb, həm də zarafatından qalmayıb.

O, paylaşımında “Sənə hər şey üçün çox minnətdaram və səninlə fəxr edirəm! Sən öz… yaşında hər şeyi fantastik edirsən. Hehe” ifadələrini işlədib.

Futbolçu daha sonra “Həyatımın qadını, ad günün mübarək. Qeyri-mümkünü mümkün edən, hər zaman zərif görünən qadın” sözləri ilə təbrikini tamamlayıb.

İdman.Biz
Seçilən
34
1
idman.biz

2Mənbələr