Əməkdar artist Aybəniz Haşımova bloger qızı Aynişan Quliyeva ilə bağlı paylaşım edib.
Müğənni övladının ad günü olduğunu bildirərək, ürək sözlərini bölüşüb.
O, Aynişanın arxiv fotolarını yayımlayaraq bunları yazıb:
"O gün çox qəribə bir gün idi: sanki Allahla üz-üzə qaldığım, həyatımın ən böyük imtahanını verdiyim gün idi. Həmin gün "ana" adını qazanacaqdım. Bəzi hisslər var ki, sözlə ifadə olunmur, yaşanır. O gün də elə möcüzəvi günlərdən biri idi, hamı məni gözləyirdi, mən isə onu. O an yalnız Allahla danışırdım. Tək bir arzum var idi - balamın sağ-salamat dünyaya gəlməsi. Bəlkə də o gün əllərim göyə min qat uzanmışdı.Onun dünyaya salamat gəlməsi üçün çox əziyyət çəkmişdim. Göydə Allah, yerdə həkimlər qoruyurdu.
Və gecə saat 01:30-da, 20-dən 21-ə keçən gecə bir səs gəldi... O səs balamın səsi idi. Sanki o düşünürdü ki, anası fəryad edir. O an başa düşdüm ana fəryad edəndə balanın canı necə yanırmış. Başqa bir dünyaya düşdüm. O dünyada yalnız mən və balam var idi. O dünyada çox xoşbəxt idim.






