AZ

Premyer Liqa: “Turan Tovuz” “Qəbələ”ni Sumqayıtda yendi – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 25-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Turan Tovuz” “Qəbələ”ni qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş görüşün baş hakimi Kamal Umudlu olub. Beş qolluq oyunda meydan sahibləri qələbə qazanıblar.

Premyer Liqa
25-ci tur
21 mart

“Turan Tovuz” – “Qəbələ” 3:2
Qollar: Hayderson Hurtado, 3; 49. Joarlem Santos, 59 – Eşqin Əhmədov, 27. Roderik Miller, 90+7.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Akif Əmirəli, Elçin Məsiyev.
VAR: Əliyar Ağayev.
AVAR: Nicat İsmayıllı.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 16:00.

Turan Tovuz: 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 32. Hayderson Hurtado (k), 7. Xorxe Silva, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 7. Turan Manafov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 8. Sambu Sissoko.
Baş məşqçi: Kaxaber Sxadadze.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
96
11
arena.az

10Mənbələr