AZ

İrandan İraqa qaz nəqli bərpa olunub

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İran 2025-ci ilin dekabrında dayandırılmış təbii qaz ixracını yenidən İraqa bərpa edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İraqın Elektrik Energetikası Nazirliyi məlumat yayıb.

Nazirliyin rəsmi nümayəndəsi Əhməd Musa İraqın INA informasiya agentliyinə bildirib ki, “bu gün İrana məxsus qazın İraqa nəqli gündəlik 5 milyon kubmetr həcmində yenidən başlayıb”. Onun sözlərinə görə, bu həcm mərhələli şəkildə artırılacaq ki, ölkənin enerji sistemi və elektrik stansiyalarının fəaliyyəti dəstəklənsin.

Musa qeyd edib ki, tədarükün müvəqqəti dayandırılması İraq elektrik stansiyalarının işinə ciddi zərbə vurub. Bu fasilə, xüsusilə, İranın “Cənubi Pars” qaz yatağına edilən hücumla əlaqədar yaranmışdı. Təchizatda yaranan problemlər dövründə Bağdad alternativ yanacaq növlərindən istifadə etməyə məcbur qalıb, Neft Nazirliyi ilə koordinasiya edərək qazoyl tədarükünü artırıb və daxili qaz ehtiyatlarını yenidən bölüşdürüb.

Nazirlik nümayəndəsi əlavə edib ki, İrandan idxalın qismən bərpasından sonra İraqda elektrik enerjisi istehsalı sabitləşərək 14 min meqavat səviyyəsinə çatıb.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
icma.az

1Mənbələr