Dortmund "Borussiya"sı yarımmüdafiəçisi Emre Canla müqavilə yeniləyib
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı futbolçu ilə yeni sözləşmə 2027-ci ilin yayına qədər qüvvədədir.
Emre 2020-ci ilin qışından "Borussiya"da çıxış edir. Yarımmüdafiəçi 2025/2026 mövsümündə 16 oyun keçirib və 3 qol vurub. Türk əsilli oyunçu Bundesliqanın XXIV turunda "Bavariya" ilə matçda (2:3) sol diz bağları qopan uzun müddətə sıradan çıxıb.
Toğrul