AZ

Bu addım müharibənin qapısını açmaq deməkdir Paşinyan

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, keçmiş prezident Robert Köçəryan və seçkilərdə iştirak edən iş adamları Samvel Karapetyan və Qaqik Tsarukyan İrəvanla Bakı arasında imzalanmış sülh sazişinə yenidən baxmaq istəyirlər.

Bakupost.az Crossmedia.az-a istinadən xəbər verirki, Paşinyan sosial şəbəkədə yayımladığı mesajında bu addımın müharibənin qapısını açmaq demək olduğunu bildirib:

"Müəyyən edilmiş sülhü kənara qoymaq müharibə meydanının açılması demək olardı və bu gün Köçəryan, Karapetyan və Tsarukyanın rəhbərlik etdiyi siyasi qüvvələr gündəlik olaraq bu mövqedən çıxış edirlər".

Baş nazir vurğulayıb ki, sülh sazişinə müdaxilə regionda gərginliyi artırmaqla yanaşı, Ermənistan üçün ciddi təhlükə yarada bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
www.bakupost.az

1Mənbələr