Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Gənc futbol ulduzu Arda Güler dünya mətbuatında diqqət mərkəzinə düşüb. Onun yaşına baxmayaraq "Real Madrid" kimi nəhəng komandada liderlik keyfiyyətləri sərgilədiyi vurğulanır.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, gənc futbolçu son oyunda davranışı ilə xüsusi rəğbət qazanıb. Penalti qərarından sonra Arda topu əlinə alaraq komanda yoldaşı Vinisius Junioru sakitləşdirməyə çalışıb. O, Vinisiusa özünə gəlməsini söyləyib və penalti öncəsi ona motivasiyaedici sözlər deyərək topu geri verib.
Bu jesti ilə Arda Güler yalnız texniki bacarıqları ilə deyil, həm də psixoloji dəstəyi və liderlik xüsusiyyətləri ilə seçildiyini göstərib. Dünya mediası onun bu addımını "gələcəyin liderindən siqnal" kimi dəyərləndirir.
Qeyd edək ki, Arda Güler qısa müddətdə "Real Madrid" azarkeşlərinin də sevgisini qazanmağı bacarıb və hər çıxışı ilə daha böyük ümidlər yaradır.
Tural
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.