Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Qarabağ və Şərqi Zəngəzur azad olunduqdan sonra bölgədə beynəlxalq tədbirlər keçirilməklə yanaşı dünyanın müxtəlif ölkələrində yaşayan və xeyli izləyiciləri olan blogerlərin səfərləri də təşkil olunur".
Sherg.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu deyib. 
Ekspertin sözlərinə görə, bu doğru strategiyadır. Ancaq nümayəndə heyətlərinin tərkibini müəyyənləşdirdikdə diqqətli olmaq lazımdır:
"Məsələn, Young Min adlı cənubi koreyalı bloger Qarabağ və Şərqi Zəngəzura səfər etdikdən sonra Azərbaycan əleyhinə qərəzli yazı yayımlayıb. Həmin yazını erməni saytlarından biri tirajlayıb.
Əlbəttə, Qarabağa və Şərqi Zəngəzura səfərləri təşkil olunan xarici blogerlərin tamamının bölgə haqqında hazırlayacaqları yazıların obyektivliyini söyləmək çətindir. Ancaq hər halda siyahı tərtib olunarkən, Qarabağ və Şərqi Zəngəzura səfər edəcək xarici blogerlərin əvvəlki yazıları, məsələlərə nə dərəcədə obyektiv olub-olmadıqları araşdırılmalıdır. Çünki, misal üçün blogerlərin arasına erməni lobbisi ilə əlaqəsi olanlar düşə bilər. Belələri isə Qarabağda və Şərqi Zəngəzurda gördüklərinin və eşitdiklərinin tərsini yazacaqlar".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.