AZ

“ETN nin hazırladığı yeni qayda ziyanlıdır”

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

 ETN yeni qayda hazırlayıb: profilə uyğun olmayan yazılarda müəllifliyə icazə verilməyəcək.

Bu müasir bilik dünyasının əsas prinsipinə ziddir. ETN bir tərəfdən multidussiplinar tədqiqatlardan danışır, digər tərəfdən alimlərə sərhəd çəkir?

Tarix göstərir ki, ən böyük ideyalar çox vaxt sahələrarası düşüncədən yaranıb. Polimat insanlar var, müxtəlif sahələrdən çox maraqlı və faydalı ideyalar, innovasiyalar irəli sürürlər, bu ideyalar tətbiq edilir və insanlara fayda verir.

İndi onlar məqalə yazmasın, müəlliflik hüququna malik olmasın? Guya alimə qonorar verirlər? Azad Mircəzanzadə fəlsəfə, ədəbiyyat, humanitar sahələr üzrə bu sahələrin akademiklərindən daha dərin yazırdı. ETN -nin bu qərarı da digərləri kimi, yarımçıq və natamamdır, ziyanlıdır.

Öz profillərinə uyğun olmayan xeyli kadr ETN-də mühüm strateji postlarda ola bilər, bunun dövlətə ziyanı yoxdur, amma profilə uyğun olmayan yazılarda müəllifliyə icazə vermək olmaz, bu dövlətə ziyandır?

Dövlət və milli mənafeni düşünən məmur öz ixtisasına, profilinə, iş təcrübəsinə uyğun vəzifədə işləyər, bacarmadığı strateji postda oturub, dövlətə və xalqa ziyan verməz. Ay ETN! Qərar verındə bir komandanıza və ətrafınıza da baxın də.

İlham Əhmədov

Dosent 

Gununsesi.info  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
74
icma.az

1Mənbələr