AZ

3 ingilis klubu "Qalatasaray"ın qapıçısına "elçi düşdü"

Türkiyə millisinin və "Qalatasaray"ın qapıçısı Uğurcan Çakır karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Türkiye Gazetesi" məlumat yayıb.

Nəşrin iddiasına görə, "Tottenhem", "Nyukasl Yunayted" və "Aston Villa" klubları türkiyəli qolkiperə yaxından maraq göstərirlər.

Xəbərdə bildirilir ki, İngiltərənin adlı-sanlı klubları istedadlı qapıçının keçidinə 30 milyon avro ödəməyə hazırdırlar.

Qeyd edək ki, Çakır "Qalatasaray"a mövsümün əvvəlində "Trabzonspor"dan transfer olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
6
olaylar.az

6Mənbələr