Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Serbiya Prezidenti Aleksandr Vuçiç taktiki nüvə silahından istifadənin mümkünlüyünü istisna etməyib.
Milli.Az-ın məlumatına görə, Serbiya lideri bu barədə Almaniyanın "Berliner Zeitung" qəzetinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, neft, qaz, minerallar, nadir metallar və digər sərvətlər uğrunda mübarizə uzun müddətdir davam edir.
"Üçüncü dünya müharibəsinin qarşısını almaq çətin olacaq. Artıq başlamış ola bilər, amma biz hələlik rəsmi olaraq bunu demirik", - deyə Serbiya lideri qeyd edib.
Vuçiç vurğulayıb ki, hazırda bir çox beynəlxalq oyunçular eyni zamanda daha genişmiqyaslı münaqişələrə hazırlaşarkən vaxt qazanmağa çalışırlar. Bu fonda o, taktiki nüvə silahlarından istifadənin mümkünlüyünü də istisna etməyib.
Serbiya prezidenti həmçinin Birinci və İkinci dünya müharibələrinin regional münaqişələr kimi başladığını və sonradan hərbi və siyasi blokların yaranmasına səbəb olduğunu xatırladıb. Onun qiymətləndirməsində böyük dövlətlər arasında maraqların toqquşması və onların güzəştə getmək istəməməsi daha da gərginləşməyə zəmin yaradır.
Bundan əlavə, Vuçiç bildirib ki, dünyanın aparıcı gücləri BMT sisteminə əsaslanan əvvəlki nizamın artıq bir çox oyunçuya yaraşmadığını və dünyanın yeni beynəlxalq nizam uğrunda mübarizə apardığını açıq şəkildə etiraf etməlidirlər. /"Report"
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.