AZ

Katolikos II Qareginin Ermənistandan çıxışına icazə verilməyib

Bütün ermənilərin katolikosu II Qaregin Tbilisiyə səfər edərək Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək üçün icazə ala bilməyib.

"Unikal" xəbər verir ki, bu barədə vəkil Ara Zohrabyan paylaşım edib.

Katolikosun dəftərxanası II İlyanın martın 22-nə planlaşdırılan matəm mərasimi və liturgiyada iştirak üçün dəvət alıb. Vəkil qonşu ölkədə matəm şəraitini nəzərə alaraq II Qareginin mərasimdə iştirakı üçün müvəqqəti ölkədən çıxışına icazə verilməsi ilə bağlı müraciət etsə də, bu tələb rədd olunub.

Seçilən
48
5
unikal.az

10Mənbələr