AZ

Aleksander İsak Çempionlar Liqasının 1/4 finalına qədər sıraya qayıda bilər

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ötən ilin dekabr ayında ayağı sınaraq ciddi zədə alan isveçli hücumçu Aleksander İsak İngiltərə təmsilçisi "Liverpul"un heyətinə qayıtmağa yaxındır.

SİA xəbər verir ki, komandanın baş məşqçisi Arne Slotun sözlərinə görə, 26 yaşlı futbolçunun UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ-yə (Fransa) qarşı keçiriləcək ilk oyuna qədər bərpa olunması gözlənilir.

Aleksander İsak İngiltərə Premyer Liqasında "Tottenhem"lə oyunda müdafiəçi Mikki van de Ven ilə toqquşma zamanı zədələnmişdi.

Bildirilib ki, futbolçu hələ komanda ilə tam məşqlərə başlamasa da, qarşıdakı oyunlarda iştirak etməsi planlaşdırılır.

"Liverpul" ilə PSJ arasında ilk görüş aprelin 8-də Parisdə, cavab qarşılaşması isə aprelin 14-də Liverpulda keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
3
sia.az

4Mənbələr