AZ

Aleksander İsak Çempionlar Liqasının 1/4 finalına qədər sıraya qayıda bilər

Ötən ilin dekabr ayında ayağı sınaraq ciddi zədə alan isveçli hücumçu Aleksander İsak İngiltərə təmsilçisi "Liverpul"un heyətinə qayıtmağa yaxındır.

Aznews.az xəbər verir ki, komandanın baş məşqçisi Arne Slotun sözlərinə görə, 26 yaşlı futbolçunun UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ-yə (Fransa) qarşı keçiriləcək ilk oyuna qədər bərpa olunması gözlənilir.

Aleksander İsak İngiltərə Premyer Liqasında "Tottenhem"lə oyunda müdafiəçi Mikki van de Ven ilə toqquşma zamanı zədələnmişdi.

Seçilən
6
3
aznews.az

4Mənbələr