AZ

Türk Dövlətləri Təşkilatının növbəti sammiti Türküstanda keçiriləcək

May ayının ortalarında Türküstanda Türk Dövlətləri Təşkilatının (TDT) sammiti keçiriləcək.

Day.Az-ın Akordaya istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türküstan vilayətində ictimaiyyət qarşısında çıxış edərkən bildirib.

 

"Mayın ortalarında Türküstandanda Türk Dövlətləri Təşkilatı liderlərinin yüksək səviyyəli görüşü planlaşdırılıb. Dünyada mövcud olan qeyri-sabit şəraitdə bu beynəlxalq tədbir xüsusilə əhəmiyyət kəsb edir. Hökumət və akimat bu sammitin keyfiyyətli təşkilatçılığına xüsusi diqqət yetirməlidir", - deyə Tokayev bildirib.

Seçilən
49
3
day.az

4Mənbələr