AZ

10 dan çox ölkə Hörmüz boğazı ilə bağlı qərarını açıqladı

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“10-dan çox ölkə gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin edilməsinə töhfə verməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Dauninq Strit” məlumat yayıb.

“Kanada, Koreya Respublikası, Yeni Zelandiya, Danimarka, Latviya, Sloveniya, Estoniya, Norveç, İsveç, Finlandiya, Çexiya, Rumıniya, Bəhreyn və Litva bu sırada yer alır”, – deyə bildirilib.

Qeyd edək ki, İsrail və ABŞ-ın hücumlarından sonra Tehran dünyanın əsas neft marşrutlarından biri olan Hörmüz boğazının bağlandığını elan edib. İslam Respublikası qadağanı bütün gəmilərə, o cümlədən kommersiya gəmilərinə və tankerlərə şamil edib. Nəticədə strateji dəhlizdə nəqliyyat demək olar ki, dayanıb. Vəziyyət neft qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
globalinfo.az

1Mənbələr