AZ

ABŞ məhkəməsi Pentaqonun media məhdudiyyətlərini konstitusiyaya zidd sayıb

Bakı. Trend:

ABŞ-də federal məhkəmə Pentaqonun mediaya tətbiq etdiyiməhdudiyyətlərin konstitusiyada təsbit olunan söz və mətbuatazadlığını pozduğuna qərar verib.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, iddia "The New York Times"tərəfindən qaldırılıb və işə baxan hakim Pol Fridman Pentaqonunsiyasətini qanunsuz hesab edib.

Məhkəmə qərarında qeyd olunub ki, yeni qaydalar jurnalistlərinfəaliyyətinə ciddi qeyri-müəyyənlik yaradır və onlarınakkreditasiyasının ləğv edilməsi üçün geniş əsaslar formalaşdırır.Bu isə həm ifadə azadlığına, həm də ədalətli məhkəmə hüququnaziddir.

Hakim vurğulayıb ki, milli təhlükəsizlik vacib olsa da, xüsusiləhərbi əməliyyatlar fonunda ictimaiyyətin hökumət fəaliyyəti barədəmüxtəlif mənbələrdən məlumat alması daha böyük əhəmiyyətdaşıyır.

Qərara əsasən, məhdudiyyətlərin tətbiqi dayandırılıb və bəzijurnalistlərin akkreditasiyalarının bərpası tələb olunub. Pentaqonisə qərarla razılaşmadığını bildirərək apellyasiya şikayətiverəcəyini açıqlayıb.

Seçilən
68
az.trend.az

1Mənbələr