AZ

NATO İraqdakı missiyası çərçivəsində şəxsi heyətini müvəqqəti geri çəkib

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

NATO Yaxın və Orta Şərqdəki münaqişə ilə əlaqədar İraqdakı şəxsi heyətini Bağdaddan qeyri-müəyyən müddətə çıxarıb. Missiya çərçivəsində Bağdadda xidmət edən Almaniya hərbçiləri də ötən gün ölkəyə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat müttəfiqlər arasında sıx koordinasiya şəraitində həyata keçirilib və insidentsiz başa çatıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverin fəal iştirakı ilə həyata keçirilən bu əməliyyat zamanı şəxsi heyətin və texnikanın yüksək risk şəraitində Bağdaddan çıxarıldığını bildirib. O, təxliyə zamanı tərəfdaş ölkələrin də şəxsi heyətinin daşındığını qeyd edib.

Bundesver NMI çərçivəsində İraq təhlükəsizlik qüvvələrinin təlimində iştirak edir. Məqsəd ölkədə sabitliyin möhkəmləndirilməsi və İŞİD terror təşkilatının yenidən güclənməsinin qarşısının alınmasıdır. Bununla yanaşı, Almaniyanın təxminən 200 hərbçisi Şimali İraqda və İordaniya ərazilərində “Counter Daesh” və “Capacity Building Iraq” əməliyyatlarında iştirakını davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
3
yeniazerbaycan.com

4Mənbələr