AZ

ABŞ nin media platforması Seyran Səxavətin əsərini nəşr edib

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərində yerləşən beynəlxalq “Maskomania News” Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq Seyran Səxavətin 80 illik yubileyi ərəfəsində onun “Alça çiçəyi” əsərini nəşr edib.

525.az xəbər verir ki, əsər müəllifin icazəsi ilə, yubiley tarixindən iki gün əvvəl oxuculara təqdim olunub və bu nəşr Azərbaycan ədəbiyyatına olan hörmətin və marağın bir göstəricisi kimi dəyərləndirilir. “Alça çiçəyi” yalnız bədii əsər deyil, eyni zamanda insan təbiətini, cəmiyyətin susqunluğunu və ədalətin gecikmiş təzahürlərini dərinliklə əks etdirən mühüm ədəbi nümunədir.

Seyran Səxavət yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan, insanın daxili dünyasını, sosial münasibətləri və mənəvi məsuliyyəti incəliklə təsvir edən yazıçılardandır. Onun “Alça çiçəyi” əsəri sadəliyi və dərinliyi ilə seçilərək oxucunu yalnız hadisələrlə deyil, düşüncə ilə üz-üzə qoyur.

“Maskomania News” bu nəşrlə Azərbaycan ədəbiyyatının beynəlxalq auditoriyaya tanıdılması istiqamətində atdığı addımı davam etdirir və milli ədəbi irsin daha geniş oxucu kütləsinə çatdırılmasını vacib hesab edir. Əsərin tam versiyası ilə tanış olmaq istəyənlər   https://maskomania.com/seyran-sakhavat-cherry-plum-blossom/ ünvanına müraciət edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
103
3
525.az

4Mənbələr