ABŞ-nin İsraillə birgə İrana qarşı hərbi əməliyyatı dörd-altı həftə davam edəcək.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" portalı Ağ Evin mətbuat katibi Kerolin Levittin açıqlamasına istinadən xəbər yayıb. O bildirib ki, bu, Vaşinqton tərəfindən planlaşdırılan müddətdir.
"Prezident Donald Tramp və Pentaqon təyin olunan tapşırıqları yerinə yetirmək üçün təxminən dörd-altı həftə vaxt lazım olacağını təxmin ediblər. Sabah üçüncü həftənin sonudur", - deyə Ağ Evin sözçüsü bildirib.
Xanım Levitt aydınlaşdırıb ki, ABŞ prezidentinin hərbi əməliyyatın tez bir zamanda başa çatması ehtimalı ilə bağlı paylaşımları onun tezliklə baş verəcəyi anlamına gəlmir. Məlumatda o da qeyd olunub ki, Trampın bəzi məsləhətçiləri hələ də İranda quru əməliyyatı ehtimalına meyillidirlər.