AZ

Onun ya kitablarından, ya da... Meyxanaçı Kəramət haqqında NƏLƏR DEDİ

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Kəramət Böyükçöl araşdırmadan danışan adamdır. O, meyxana haqqında ibtidai biliyə malikdir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri meyxanaçı Kərim Abi deyib. Kəramət Böyükçölün "Kərim Abi deyə bir meyxanaçı çıxıb, müsahibə verdiyini görmüşük, amma meyxana dediyini görməmişik" sözlərinə münasibət bildirən meyxanaçı qeyd edib ki, o da heç zaman Kəramət Böyükçölün kitabının müzakirə olunduğunu müşahidə etməyib:

"Çox zaman Kəramət Böyükçölün ya müsahibələrindən, ya da statuslarından danışırlar. Kəramət yazdıqlarına özü daha çox yaxındır. Azərbaycanda heç zaman Kəranət Böyükçölün kitabı, kitabın məzmunu barədə müzakirə aparılmayıb".  Meyxanaçı Kəraməti  qeyri-səmimi davranışda qınayıb:

"Kəramət Böyükçöl məni tanıyır. İTV-də eyni verilişdə olmuşuq. Həmin verilişdə Kəramət danışmırdı, indi post yazır ki, Kərim Abi adlı meyxanaçı çıxıb. Mümkün deyil ki, məni tanımasın. Bu, mümkün deyil".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
bakivaxti.az

1Mənbələr