UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə “Liverpul”la matçda zədələnən “Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimhenin bərpa müddəti müəyyənləşib.
Apasport.az xəbər verir ki, 27 yaşlı hücumçu təxminən 6 həftədən sonra yaşıl meydanlara qayıda biləcək.
Bu barədə futbolçunun özü Nigeriya mətbuatına açıqlamasında bildirib.
Xatırladaq ki, forvard rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatan matçda ayaq sümüyündən zədə alıb.
Qeyd edək ki, Osimhen bu mövsüm İstanbul təmsilçisinin heyətində keçirdiyi 29 rəsmi oyunda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
“Qalatasaray”da ayrılıq yaşana bilər
Hansı oyun, hansı kanalda? - TV AFİŞA
Rafinya ən yaxşı adına layiq görüldü
"Yunayted" braziliyalı üçün 80 milyonu "GÖZDƏN ÇIXARDI"
"Santos" baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ