AZ

Rəsmi olaraq kubokdan imtina edirəm!

Mərakeş millisinin kapitanı Əşrəf Hakimi gözlənilməz açıqlama verib.

Publika.az xəbər verir ki, o, 2025-ci il Afrika Millətlər Kubokunun çempionluq titulundan imtina etdiyini bildirib.

“Anam mənə Afrika Kubokunun kubokundan imtina etməyi məsləhət gördü. Mən rəsmi olaraq bu titulu qəbul etmirəm və ümid edirəm ki, komanda yoldaşlarım da eyni addımı atacaq. Finalı qazanmaq şansımız var idi, amma bunu qaçırdıq. Futbol belədir, bəzən qazanırsan, bəzən uduzursan. Seneqal bizi ədalətli şəkildə məğlub etdi və qələbəyə layiq idi. Onların çəkdiyi zəhmətdən sonra sevincini əlindən almaq ədalətsizlik olardı. Afrika Futbol Konfederasiyasının qərarına hörmətlə yanaşıram, amma rəsmi olaraq kubokdan imtina edirəm. Mən 2025-ci ildə Afrika Kubokunu qazanmamışam. Seneqalı bir daha təbrik edirəm”, – deyə Hakimi bildirib.

Seçilən
39
publika.az

1Mənbələr