AZ

Montella bu oyunçuları iki illik fasilədən sonra yığmaya çağırdı

Türkiyə yığmasının DÇ-2026-nın pley-offu çərçivəsində keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Xatırladaq ki, ''ay-ulduzlular'' martın 26-da pley-offda İstanbulda Rumıniya ilə çox mühüm bir oyuna çıxacaq. Qardaş ölkənin komandası qalib gələcəyi təqdirdə isə martın 31-də səfərdə ya Slovakiya, ya da Kosovo ilə həlledici oyuna çıxacaq.

Baş məşqçi Vinçentso Montella tərəfindən müəyyənləşdirilən 30 nəfərlik geniş siyahıda ciddi sürpriz olmasa da, qeyd olunası bəzi məqamlar var. İlk növbədə Ahmetcan Kaplan və Ozan Kabakın təxminən 2 illik fasilədən sonra yenidən yığmaya çağırıldığını qeyd etməyə dəyər. 2022-dən ''Ayaks''a məxsus olan və bu mövsüm icarə əsasında ''Neynegen''də çıxış edən 23 yaşlı Ahmetcan son olaraq AÇ-2024-ə yollanan heyətdə yer almışdı. Amma o, indiyə qədər 5 dəfə iştirak ərizələrinə düşsə də, yığmada debüt etməyib. Ozan Kabak isə sonuncu dəfə 2024-ünyayında yığmaya dəvət almış və AÇ ərəfəsində ağır zədə almışdı.

Tam siyahını sizə təqdim edirik:

qapıçılar - Uğurcan Çakır (Qalatasaray), Mərt Günok (Fənərbaxça), Altay Bayındır (Mançester Yunayted), Muhammed Şengezər (İstanbul BŞ); müdafiəçilər - Əbdülkərim Bardakcı, Ərən Elmalı, Kaan Ayhan (hamısı ''Qalatasaray''), Mərt Müldür (Fənərbaxça), Mustafa Eskihellaç (Trabzonspor), Samet Akaydın (Çaykur Rizəspor), Ahmetcan Kaplan (Neymegen), Fərdi Kadıoğlu (Brayton), Ozan Kabak (Hoffenhaym), Zəki Çəlik (Roma), Merih Dəmiral (Əl-Əhli); yarımmüdafiəçilər - Yunus Akgün (Qalatasaray), Oğuz Aydın, İsmayıl Yüksək (hər ikisi ''Fənərbaxça''), Orkun Kökçü (Beşiktaş), Hakan Çalhanoğlu (İnter), Salih Özcan (Borussiya D), Atakan Karazor (Ştutqart), İrfan Can Kahveci (Kasımpaşa), Arda Gülər (Real); hücumçular - Barış Alpər Yılmaz (Qalatasaray), Kərəm Aktürkoğlu (Fənərbaxça), Semih Kılıçsoy (Kalyari), Dəniz Gül (Portu), Kənan Yıldız (Yuventus), Aral Şimşir (Midtüllann).

Seçilən
84
1
football-plus.az

2Mənbələr