AZ

Atletik in yeni baş məşqçisi müəyyənləşib

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Bornmut"un baş məşqçisi Andoni İraola Bilbao "Atletik"inin baş məşqçisi postuna əsas namizəddir. Sport24.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis mövsümün sonunda Ernesto Valverdenin gedişindən sonra Bask klubunun "sükanı arxasına" keçəcək.

İspaniyalı mütəxəssisin "albalılar"la müqaviləsi 2026-cı ilin yayında başa çatdığı üçün beynəlxalq fasilə zamanı gələcəyi ilə bağlı qərarını "Bornmut" rəhbərliyinə bildirəcək.

İraola futbolçu kimi 2003-cü ildən 2015-ci ilə qədər "Atletik"in formasını geyinib. 

Qeyd edək ki, ispaniyalı məşqçi 2023-cü ilin iyulundan "Bornmut"a rəhbərlik edib. Onun rəhbərliyi altında "albalılar" ötən mövsümü doqquzuncu yerdə başa vurub və həmçinin FA Kubokunun dörddəbir finalına yüksəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
43
sport24.az

10Mənbələr