AZ

Azərbaycanlı müğənni səhnədə ÇƏTİN ANLAR yaşadı - VİDEO

Azərbaycanlı müğənni Mürsəl Səfərov səhnədə yaşadığı çətin anlarla gündəmə gəlib.

Milli.Az xəbər verir ki, ifaçı konsert zamanı mahnısını səsləndirərkən səhnədə qurulan "atəş-şou" gözlənilməz vəziyyət yaradıb. "Konfeti"lərin bir anda müğənniyə tuşlanması onun təşviş keçirməsinə səbəb olub.

Hadisə zamanı Mürsəl Səfərov qısa müddətlik çaşqınlıq yaşasa da, ifasını yarımçıq saxlamayıb və peşəkarlıq nümayiş etdirərək çıxışını davam etdirib.

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilər tərəfindən geniş müzakirə olunub. Bəzi istifadəçilər səhnə təhlükəsizliyi ilə bağlı narahatlıqlarını dilə gətirərək bu cür effektlərin daha diqqətlə istifadə olunmasının vacibliyini vurğulayıblar.

Musa
Milli.Az

Seçilən
43
2
milli.az

3Mənbələr