AZ

Pokrovskda hava döyüşü: Ukrayna dronları Rusiyanın strateji aviasiyasını iflic edir

Rusiya hərbi müxbirləri və "Z-kanalları" martın 21-də sübh saatlarında Rusiya Aerokosmik Qüvvələrinə məxsus daha bir Ka-52 "Alliqator" zərbə helikopterinin itirildiyini təsdiqləyiblər.

Musavat.com xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində ekipaj üzvlərindən ən azı biri həlak olub, digəri isə ağır yaralanıb. "Fighterbomber" teleqram kanalının yaydığı məlumata görə, "səhər xoş açılmayıb" və Rusiya ordusu müasir texnoloji imkanlara malik daha bir bahalı maşınını itirib.

Hadisənin təfərrüatları barədə şok məqamlar üzə çıxıb:

Dronla tarixi zərbə: Ukrayna Silahlı Qüvvələrinin 59-cu briqadasının "Göy yırtıcıları" (Sky Predators) bölməsi ilk dəfə olaraq cəmi bir neçə yüz dollarlıq optik-lifli FPV dron vasitəsilə 16 milyon dollar dəyərində olan Ka-52-ni havada vurmağı bacarıb. Optik-lif texnologiyası dronun Rusiya radio-elektron mübarizə (REM) sistemləri tərəfindən sıradan çıxarılmasının qarşısını alıb.

Ekipajın taleyi: Donetsk vilayətinin Pokrovsk istiqamətində, Nadiyivka kəndi yaxınlığında vurulan helikopter təcili eniş etməyə çalışıb və yerə çırpılaraq yanmağa başlayıb. Ukrayna tərəfinin məlumatına görə, sağ qalan pilotlar qaçmağa çalışsalar da, "Madyarın quşları" bölməsinin dronları tərəfindən yerindəcə məhv ediliblər.

İkinci itki: Bu, son 24 saat ərzində Rusiya aviasiyasının itirdiyi ikinci Ka-52 helikopteridir. İlk hadisə martın 20-də baş vermişdi və buna görə Ukrayna Prezidenti Volodimir Zelenski dron operatorlarını artıq "İgidliyə görə" ordeni ilə təltif edib.

Ekspertlər qeyd edirlər ki, bahalı zərbə helikopterlərinin ucuz FPV dronları tərəfindən sistematik şəkildə vurulması Rusiya hərbi aviasiyasının taktikasına ciddi zərbə vurur. Bu hadisə həm də sübut edir ki, Ukrayna ordusu artıq təkcə quruda deyil, səmada da dronlarla mütləq üstünlük qazanmağa başlayıb.

Musavat.com

Seçilən
66
musavat.com

1Mənbələr