AZ

Ölümün bir addımlığında yazılan gündəlik - Həmid Herisçi Bakıya döndü: GÖRÜN NƏLƏR YAZDI...

Müharibə səbəbindən Təbrizdə qalan Azərbaycanın tanınmış yazıçısı Həmid Herisçi artıq Bakıya qayıdıb. Musavat.com xəbər verir ki, bu barədə onun həyat yoldaşı, tanınmış telejurnalist İlhamiyyə Rza məlumat verib.

İlhamiyyə xanım Musavat.com-a bildirib ki, hazırda Həmid Herisçi Bakıdadır və onun sosial şəbəkələrdə – xüsusilə Facebook hesabında edilən son paylaşımlar birbaşa özünə məxsusdur.

Qeyd edək ki, yazıçı Təbrizə ata yurdunu ziyarət etmək məqsədilə getmişdi. Lakin bölgədə müharibənin başlaması səbəbindən o, bir müddət şəhəri tərk edə bilməmişdi. Daha sonra imkan yaransa da, Həmid Herisçi könüllü şəkildə Təbrizdən ayrılmaq istəməyib. O, bu qərarını belə əsaslandırıb ki, belə mürəkkəb və gərgin şərait hər bir yazıçı üçün nadir yaradıcılıq fürsətidir.

Yazıçı həmin müddətdə Təbrizdə qalaraq müharibə gündəlikləri üzərində işləməyi planlaşdırıb və bu istiqamətdə qeydlər aparıb.

Nəhayət, müharibənin 20-ci günündən sonra və ümumilikdə Təbriz səfərindən təxminən bir aya yaxın vaxt keçdikdən sonra Həmid Herisçi Bakıya dönə bilib.

Musavat.com yazıçının Təbrizdən yazdığı son gündəliklərini təqdim edir

Musavat.com

 

 

Seçilən
26
1
musavat.com

2Mənbələr