AZ

Vuçiçdən qorxulu proqnoz: “Üçüncü Dünya müharibəsi artıq başlayıb”

Serbiya Prezidenti Aleksandr Vuçiç “Berliner Zeitung” qəzetinə verdiyi müsahibədə dünyanın hazırkı vəziyyəti ilə bağlı şok bəyanatla çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, o, bəşəriyyətin artıq qlobal münaqişənin içində olduğunu, lakin bunun hələ rəsmən elan edilmədiyini bildirib.

Vuçiç neft, qaz, faydalı qazıntılar və nadir metallar uğrunda mübarizənin çoxdan başladığını vurğulayıb: “Ola bilsin ki, o, artıq başlayıb — sadəcə biz hələlik bu barədə rəsmi danışmırıq. Xammal və resurslar uğrunda gedən bu gizli savaş əslində böyük qarşıdurmanın tərkib hissəsidir”.

Serbiya lideri Birinci və İkinci Dünya müharibələrinin də regional münaqişələrlə başladığını, daha sonra böyük ittifaqların formalaşaraq birbaşa toqquşmaya girdiyini xatırladıb. Onun sözlərinə görə, bu gün dünyada müşahidə olunan dinamika həmin dövrlərlə oxşarlıq təşkil edir. Vuçiç eskalasiyadan qaçmağın mümkünlüyünə ümid etdiyini desə də, hazırda buna aparan sadə bir yol görmədiyini etiraf edib.

Sara,
NOCOMMENT.az

Seçilən
94
nocomment.az

1Mənbələr