AZ

Murad Məmmədovun “Pafos”u seçməsinin səbəbi bəlli oldu - pul deyilmiş!

Günlərdi ölkənin idman mediasında “Neftçi”nin gənc vunderkidi Murad Məmmədovun Cənubi Kipr “Pafos”u ilə anlaşması müzakirə olunur. Həmçinin “Neftçi”nin ona aylıq 15 min dollar maaş təklif etdiyi, Muradın daha artıq pul istədiyi üçün ayrıldığı deyilir.

“Football-plus.az” məsələni dəqiqləşdirib. Redaksiyamıza daxil olan məlumata görə, Murad həqiqətən “Pafos”la anlaşıb, mövsümün sonunda gedəcək. Amma 19 yaşlı futbolçunun ayrılmasının səbəbi maliyyə amili deyil, o, sadəcə, legioner həyatı yaşamaq istəyir.

Xatırladaq ki, Muradın “Neftçi” ilə müqaviləsinin müddəti mövsümün sonunda bitir.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
42
1
football-plus.az

2Mənbələr