AZ

“Amazon” süni intellektlə işləyən smartfon hazırlayır

ABŞ-nin “Amazon.com Inc.” şirkəti Transformer kod adlı mobil telefon hazırlayır.

Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, yeni telefonun səs köməkçisi olan “Alexa” ilə sinxronlaşa biləcəyi və fərdiləşdirmə hesabına Amazon.com üzərindən məhsulların, eləcə də Grubhub kimi tərəfdaşlardan yeməklərin sifarişini, həmçinin Prime Video və Prime Music kimi striminq platformalarından istifadəni asanlaşdıracağı ehtimal edilir.

Seçilən
22
1
azpost.info

5Mənbələr