ain.az, Demokrat.az saytına istinadən bildirir.
Ev işlərində hamımızın doğru bildiyi bəzi vərdişlər əslində məişət texnikasının ömrünü qısaldır. Bunlardan biri də yuma bitdikdən sonra maşının qapağını geniş şəkildə açıq qoymaqdır. Adətən içəridəki nəm çəkilsin və pis qoxu yaranmasın deyə edilən bu hərəkət, əslində ciddi texniki nasazlıqlara zəmin yaradır.Demokrat.az xəbər verir ki, müasir paltaryuyan maşınların qapaqları ağır şüşə və plastik materiallardan hazırlanır. Qapaq uzun müddət tam açıq qaldıqda, bütün ağırlıq tək nöqtəyə düşür. Bu da zamanla qapağın aşağı sallanmasına, gövdəyə tam oturmamasına və nəticədə maşının su sızdırmasına səbəb olur.Məsələ təkcə mexaniki nasazlıqla bitmir. Qapağın geniş açıq qalması evdəki tozun, tüklərin və hissəciklərin birbaşa maşının içinə dolmasına şərait yaradır. Nəm səthlərə yapışan bu çirklər filtrləri daha tez tıxayır və cihazın işini çətinləşdirir. Bundan əlavə, dar vanna otaqlarında açıq qalan qapağa toxunub onu qırmaq və ya kiçik uşaqların, ev heyvanlarının maşının içinə girməsi kimi təhlükəsizlik riskləri də yaranır.Bəs nəm və kif qoxusundan necə qorunmalı? Çıxış yolu qapağı tam açmaqda yox, aralı saxlamaqdır. Yuma bitdikdən sonra maşındakı rezin hissəni quru əski ilə silmək və qapağı cəmi bir barmaq boşluğu qalacaq qədər aralı qoymaq kifayətdir. Bu üsul həm hava axınını təmin edir, həm də maşının ömrünü uzadır.Aytən
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.