AZ

İran ABŞ bazalarına 800 milyon dollarlıq zərər vurub

İranın Yaxın Şərqdəki Amerika hərbi obyektlərinə endirdiyi zərbələr nəticəsində ABŞ-a azı 800 milyon dollar məbləğində maddi ziyan dəyib. BBC-nin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesabatına istinadən yaydığı məlumata görə, Tehran əsasən hava hücumundan müdafiə (HHM) sistemləri və peyk rabitəsi obyektlərini hədəf alıb.

NOCOMMENT.az xəbər verir ki, əsas zərər THAAD sistemlərinə, AN/TPY-2 radarlarına, habelə regiondakı hərbi bazaların binalarına və infrastrukturuna dəyib. Hesabatda vurğulanır ki, bu maliyyə itkisinin böyük hissəsi münaqişənin başladığı ilk həftədə, İranın ilkin cavab zərbələri zamanı qeydə alınıb.

Analitiklərin fikrincə, İranın bu asimmetrik zərbələri ABŞ-ın regiondakı texnoloji üstünlüyünü sarsıtmaq və raket əleyhinə müdafiə şəbəkəsində “kor nöqtələr” yaratmaq məqsədi daşıyır. Xüsusilə İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki bazaların hədəf alınması Vaşinqtonun müttəfiqlərini qorumaq imkanlarını ciddi sınaq qarşısında qoyub. Pentaqonun itkilərin bərpası üçün artıq əlavə vəsait ayırmağı planlaşdırdığı bildirilir.

Sara,
NOCOMMENT.az

Seçilən
103
nocomment.az

1Mənbələr