AZ

Ronaldo milliyə çağırılmadı - Bu səbəbdən

"Əl Nəsr"in ulduzu Kriştianu Ronaldo Portuqaliya milli futbol komandasına çağırılmayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ronaldonun yoxluğunda Qonçalo Quedes 2022-ci ildən sonra ilk dəfə milliyə dəvət alıb.

Qeyd edək ki, Ronaldo son həftələrdə aldığı bud əzələsi zədəsi səbəbindən Meksika və ABŞ-yə qarşı keçiriləcək yoldaşlıq oyunlarını buraxacaq.

Komandanın baş məşqçisi Roberto Martinez isə futbolçunun vəziyyətinin ciddi olmadığını bildirib və onun dünya çempionatına qədər hazır olacağını qeyd edib.

Milli.Az

Seçilən
84
50
milli.az

10Mənbələr