AZ

Donald Tramp: Yaxın Şərqdə hərbi əməliyyatları yekunlaşdırmağı düşünürük

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Beynəlxalq həyat/ Birləşmiş Ştatların Prezidenti Donald Tramp verdiyi son bəyanatında Yaxın Şərqdə hərbi səyləri azaltmaq barədə düşündüyünü deyib. 

“Reuters” agentliyinin yaydığı məlumatda deyilir ki, Tramp özünün “Truth Social” sosial media platformasında bunları yazıb: “Biz hədəflərimizə çatmağa çox yaxınıq, eyni zamanda, Yaxın Şərqdə genişmiqyaslı hərbi əməliyyatları azaltmağı düşünürük”. 

Dünən axşam İranın “Nour News” xəbər agentliyinə istinadən yayılan xəbərlərə görə, paytaxt Tehranın bir neçə rayonu, həmçinin Kərəc və İsfahan şəhərləri hava hücumlarına məruz qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
75
1
xalqqazeti.az

2Mənbələr