Cənubi Koreyada avtomobil hissələri fabrikində baş verən yanğın nəticəsində azı 10 nəfər ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə zamanı daha 59 nəfər yaralanıb, dörd nəfər isə hələ də itkin düşmüş sayılır.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın zamanı zavodda 170 işçi olub. Ölənlərin meyitləri binanın ikinci və üçüncü mərtəbələrində tapılıb.
Məlumata görə, xilasetmə işçiləri mütəxəssislər girişin təhlükəsiz olduğunu təsdiqləyəndən sonra konstruksiyaların sökülməsinə başlayıblar. Yanğınsöndürənlər uçma təhlükəsi və binanın içərisində 200 kiloqram natriumun olması səbəbindən binaya girə bilməyiblər.
Cənubi Koreyanın Baş Naziri Kim Min Sok yerli təcili yardım xidmətlərinə yanğınla mübarizə aparmaq üçün bütün mövcud resursları və personalı səfərbər etməyi tapşırıb. Alovları söndürmək üçün 240 nəfər və təxminən 70 texnika səfərbər edilib.