AZ

Antonio Quterreş: BMT Hörmüz boğazı üzrə sülh həllinin bir hissəsi ola bilər

BMT qlobal neft və qaz tədarükü üçün əsas su yolu olan Hörmüz boğazında gərginliyin azaldılmasında fəal rol oynamağa hazırdır.

"Far.Az" xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş "Politico"ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, BMT hücumlar və cavab zərbələri riskinin azaldılması üzrə planın bir hissəsi ola bilər.

BMT-nin Baş katibi, təşkilatın beynəlxalq böhranlarda vasitəçilik təcrübəsini diqqətə çatdırıb.

A.Quterreş Qara dəniz təşəbbüsünü nümunə gətirib. Bu təşəbbüslə 2022-ci ilin iyulundan Rusiyanın bir il sonra iştirakını dayandırmasına qədər humanitar dəhliz vasitəsilə Ukrayna taxılı və gübrələrinin ixracı təmin edilib.

"Mənim əsas məqsədim Hörmüz boğazında keçmişdə mövcud olan şəraitə bənzər şəraitin yaradılmasının mümkün olub-olmadığını aydınlaşdırmaqdır", - Baş katib qeyd edib.

O əlavə edib ki, BMT Fars körfəzinin əsas ölkələri və Avropa Şurası ilə əlaqələr saxlayır.

A.Quterreş vurğulayıb ki, indiki vəziyyət əvvəlkilərdən fərqlənir və onun tənzimlənməsi fərqli yanaşma tələb edir:

"Əlbəttə, bu, fərqli kontekstdir. Həll yolu da fərqli olardı. Lakin biz faydalı olmaq istərdik və sistemi idarə etməyə hazırıq. Bunun üçün bizdə işçi qrupları yaradılıb. Amma biz ABŞ və digər dövlətlərlə birbaşa işləməyə üstünlük veririk".

Seçilən
38
5
far.az

6Mənbələr