AZ

4 təmsilçimiz “Böyük Dəbilqə”də mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 4 təmsilçisi Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turnirində mübarizəyə qoşulacaq.

Bakıvaxtı.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Kamran Süleymanov  Hidayət Heydərov tatami üzərinə çıxacaqlar.

Hər iki idmançının rəqibi Belçikanı təmsil edir. Süleymanov 1/32 finalda Rey Marinkslə, Heydərov isə 1/16 finalda Zelemxan Batçayevlə üz-üzə gələcək.

Qadın idmançıların yarışında isə azərbaycanlılar 70 kq çəkidə, 1/16 finalda mübarizə aparacaqlar. Südabə Ağayeva Nino Qulbani (Gürcüstan) ilə Aytac Qardaşxanlı isə Şirincon Yuldoşovayla (Özbəkistan) qarşılaşacaq.

“Böyük Dəbilqə”nin təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 17:00-da başlayacaq . Yarış martın 22-də başa çatacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçilərinin aktivində 1 gümüş medal var. Turan Bayramov (66 kq) ötən gün fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Seçilən
40
5
bakivaxti.az

6Mənbələr