AZ

İsrailə ilk dəfə atılan "Nəsrullah"ın qorxudan gücü

İran həqiqətən də İsrailə qarşı yeni, güclü "Nəsrullah" raketindən istifadə edib.

Publika.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. İtaliyanın "Lantidiplomatico.it" nəşri yazıb ki, İran ABŞ və İsrailin "Cənubi Pars" neft yatağına hücumuna cavab olaraq İsrail, Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki neft yataqlarına və neft emalı zavoduna zərbələr endirib.

"Nəsrullah" raketi "Qədr" raketinin modernləşdirilmiş versiyasıdır. Bu yeni sistem orta mənzilli ballistik raket kimi təsnif edilir. Açıq mənbələrdə yayılan məlumatlara görə, bu raketlər bir neçə min kilometrə qədər məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.

Seçilən
103
12
publika.az

10Mənbələr