AZ

Azərbaycanda maddi problemlər yaşayan klubu baş məşqçi də tərk etdi

II Liqanın iştirakçılarından «Quba»da «yarpaq tökümü» davam edir.

Aylardır maddi problemlər yaşayan, bu üzdən Ayaz Abdullayevin prezident postunu tərk etdiyi klubdan indi də İsmayıl Məmmədov ayrılıb.

Son 5 ayda komandanın sükanı arxasında dayanmış mütəxəssis vəziyyəti belə görərək, şimal təmsilçisi ilə vidalaşıb.

Onun gördüyü iş müvəqqəti olaraq Kamran Nurəhmədova tapşırılıb. Sonuncu axır vaxtlara kimi Region Liqasının mənsublarından «Şirvanovka»nı çalışdırıb.

«Quba» 18 turdan sonra 36 xal toplayıb. Əyalət komandası bu göstərici ilə turnir cədvəlinin üçüncü pilləsində «lövbər salıb».

SPORTİNFO.AZ

Seçilən
69
sportinfo.az

1Mənbələr