Bakı. Trend:
Martın 20-də Rusiyanın Moskva vilayətinin Kolomna şəhəriyaxınlığında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Trend-inməlumatına görə, bu barədə Rusiyanın regional FHN-i teleqramkanalında məlumat yayıb.
Bildirilib ki, təyyarə Oka çayı yaxınlığına düşüb. Qəzanəticəsində təyyarənin göyərtəsində olan iki nəfər həlak olub.
Məlumata əsasən, təyyarə planlı uçuş həyata keçirirmiş vəStupino şəhərində yerləşən “Torbeеvо-Start” aerodromundan havayaqalxıb.