AZ

Quterreş Trampın Sülh Şurası təşəbbüsünü dəstəkləyib

BMT-nin baş katibi Antonio Quterreş ABŞ Prezidenti Donald Trump tərəfindən irəli sürülən Sülh Şurasının Qəzzanın bərpasına yönəlmiş təşəbbüsünü müsbət qiymətləndirib.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, başkatib bu barədə "Politico" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, təşəbbüs çərçivəsində fələstinlilərin evlərinin və infrastrukturunun yenidən qurulması üçün əsas ehtiyacların maliyyələşdirilməsi və təmin edilməsi məqsədi müəyyənləşdirilib. Quterreş deyib ki, bu məqsəd BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib və qurum yaradılan mexanizmlərlə fəal əməkdaşlıq edir.

Xatırladaq ki, bu il yanvarın 16-da Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan etmiş və Azərbaycan Respublikasını təsisçi üzv olmağa dəvət edib

 

Azərbaycan bu dəvəti qəbul edib və Amerika tərəfini Sülh Şurasının təsisçi üzvü olmaq niyyəti barədə məlumatlandırıb.

Yanvarın 22-də Davosda "Sülh Şurası Xartiyası"nın imzalanma mərasimi keçirilib (Board of Peace Charter).

Prezident İlham Əliyev və tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları "Sülh Şurası Xartiyası"nı imzalayıblar.

Seçilən
54
day.az

1Mənbələr